Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan-Tovuz” növbəti yoxlama oyununu keçirib. Qurban Berdıevin rəhbərlik etdiyi komanda yerli “Fatih Qaragümrük” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Tovuz təmsilçisinin heyətində İbrahim Vadji hesabı açsa da (1:0), rəqib cavab qolunu vurmağı bacarıb.