Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” hazırlıq prosesi çərçivəsində dördüncü yoxlama oyununu keçirib.
Qurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyə təmsilçisi “Gençlerbirliyi” ilə üz-üzə gəlib və rəqibini 4:0 hesabı ilə məğlub edib.
Tovuz klubunun qollarını Dioqu Balao, İbrahima Vaci, Alexandro Serrano və Faiq Hacıyev vurublar.
Qeyd edək ki, “Turan Tovuz” bundan əvvəlki yoxlama oyunlarında İranın U-21 millisi (1:1), Türkiyənin “Fatih Karagümrük” (1:1) və “Iğdır” (1:0) komandaları ilə qarşılaşıb.