Bu gün Azərbaycan Premyer Liqasının X turuna start verilib. Turun açılış günündə mərkəzi qarşılaşma Tovuzda keçirilib. Doğma meydanda son çempion “Sabah”ı qəbul edən “Turan Tovuz” gərgin mübarizənin sonunda 3:2 hesablı qələbə qazanıb. Bununla da Bakı təmsilçisi cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib.
Matçda hesabı 28-ci dəqiqədə Enrike Silva açıb. Cəmi iki dəqiqə sonra Joarlem Santos fərqi artıraraq ev sahiblərini iki top üstünlüyü ilə fasiləyə yollayıb.
İkinci hissədə də hücumlarını davam etdirən “Turan Tovuz” 67-ci dəqiqədə yenidən fərqlənib. Joarlem Santos dublunu rəsmiləşdirərək hesabı 3:0-a çatdırıb. Lakin bundan sonra “Sabah” təzyiqi artırıb. Coy-Lens Mikels 70-ci dəqiqədə fərqi azaldıb, Ksander Severina isə 87-ci dəqiqədə qonaqların ikinci qolunu vurub. Bununla belə, “Turan Tovuz” son dəqiqələrdə üstünlüyünü qoruyaraq mövsümün ən diqqətçəkən qələbələrindən birinə imza atıb.
TURAN-TOVUZ – SABAH 3:2 (2:0)
Qollar: Silva, 28 (1:0), Batista, 30 (2:0), 67 (3:0), Mikels, 70 (3:1), Severina, 87 (3:2).
Baş hakim: Kamranbəy Rəhimov.
Turan-Tovuz: Oleq Baklov, Roderik Miller (Rahil Məmmədov, 82), Stiv Besnar (Diou Balu, 76), Enrike Silva (Denis Marandiçi, 76), Alehandro Serrano, Jо Batista (David Tavares, 82), İbrahim Vaci, Heyderson Hurtado (k), Jorje Silva, Filip Damyanoviç, Alekşa Yankoviç (Roberto Olabe, 66).
Sabah: Stas Pokatilov (k), Rəhman Daşdəmirov (Eyden Makkarti, 46), Abdulla Heybətullayev, Akim Zedadka, Stiv Solvet, Timoş Puxaç, İvan Lepinitsa, Kahim Parriz (Coy-Lens Mikels, 46), Du Keyros (Aleksey İsაეv, 66), Orfe Mbina (Karlos Eduardo, 66), Kristian Nvaçukvu (Ksander Severina, 81).
Sarı vərəqələr: Du Keyros, Zedadka, Hurtado.
Tovuz. Şəhər stadionu.