Futbol üzrə Misli Premyer Liqasında XII turun oyunları davam edir.
Turun ikinci oyun gününün ilk qarşılaşmasında “Şamaxı” doğma meydanda “Turan-Tovuz”u qəbul edib. Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 34-cü dəqiqədə açılıb. Jo Batista tovuzluları önə çıxarıb. 75-ci dəqiqədə Jorje Silvanın birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması Qurban Berdıyevin komandasını azlıqda qoyub. Buna baxmayaraq, qonaqlar üstünlüklərini qoruyublar. İbrahim Vaci 87-ci dəqiqədə fərqi artıraraq oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:0.
Beləliklə, “Turan-Tovuz” səfərdə vacib üç xal qazanıb.
XII turun bu gün keçiriləcək digər qarşılaşmasında “Şəfa” “Qəbələ” ilə üz-üzə gələcək.
ŞAMAXI – TURAN–TOVUZ 0:2
Qollar: Jo Batista, 34 (0:1), İbrahim Vaci, 87 (0:2).
Baş hakim: Emin Əliyev.
Şamaxı: Rikardo Fernandeş (k), Emin Rüstəmov, Orxan Məmmədov (Emil Süleymanov, 71), Uğur Cahangirov, Filipe Markeş, Rikardo Aplinario, Abdullahi Şuaibu (Tornike Axvlediani, 46), Ayman Buəli (Həbib İsmayılov, 46), Jota, Rui Paşeku, Abdul Rəşid Mumini.
Turan-Tovuz: Oleq Baklov, Roderik Miller, Stiv Besnar, Denis Marandiçi, Jo Batista, İbrahim Vaci, Jorje Silva, Roberto Olabe, Dioqu Balau (Faiq Hacıyev, 76), Filip Damyanoviç (Rahıl Məmmədov, 90), Heyderson Hurtado (k).
Sarı vərəqələr: Hurtado, İsmayılov, Süleymanov.
Qırmızı vərəqə: Jorje Silva, 75 (birbaşa).
Şamaxı. Şəhər stadionu.