“Trabzonspor” yeni çalışdırıcısının adını açıqlayıb. Qara dəniz təmsilçisinin sükanı arxasına Almaniya futbolunun tanınmış simalarından olan Tomas Rays keçəcək.
Rays Türkiyə futbol azarkeşlərinə yaxşı tanışdır. Almaniyalı mütəxəssis 2024/25 mövsümündə “Samsunspor”u çalışdırıb və komandanı Superliqada üçüncü pilləyə daşıyaraq klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandırıb.
Vətənində “Bohum” və “Şalke” kimi klublarda çalışan 52 yaşlı mütəxəssisin “Trabzonspor”a gəlişi müəyyən mənada gözlənilməz olub. Belə ki, son günlərdə Tekkenin varisi kimi daha çox “Milan” və “Latsio”dakı fəaliyyəti ilə tanınan Stefano Piolinin adı hallanırdı.
“Trabzonspor” cari mövsümdə Türkiyə Superliqasının ilk 5 turunda 7 xal toplayıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Tomas Rays yeni komandasında debütünü şənbə günü edə bilər. Həmin gün “Trabzonspor” doğma meydanda son çempion “Qalatasaray”ı qəbul edəcək.