Türkiyənin “Bursaspor” klubu heyətini yeni transferlə gücləndirib. “Yaşıl-timsahlar” millimizin müdafiəçisi Toral Bayramovu rəsmən heyətinə qatıb.
Tərəflər arasında 3 illik müddətə müqavilə imzalanıb. Qeyri-rəsmi məlumatlara görə, “Bursaspor” bu keçid üçün “Qarabağ” klubuna təxminən 2 000 000 manat təzminat ödəyib.