Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50
Digər növlər

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycanın 5 yunan-roma güləşçisi xalça üzərinə çıxıb. Mübarizəyə qoşulan idmançılarımızdan ikisi inamlı performans sərgiləyərək medallar uğrunda həlledici mərhələyə adlayıblar. Günün əsas hadisəsi İslam Abbasov və Beka Kandelakinin yarımfinala vəsiqə qazanması olub.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov turnirə möhtəşəm başlayıb. O, ilk görüşündə Polşa təmsilçisi Arkadiuş Kuliniçi üstələyib. 1/4 final mərhələsində isə norveçli Ekzous Mukubu ilə qarşılaşan təmsilçimiz rəqibini məğlub edərək adını yarımfinala yazdırıb.

Ağır çəkidə (130 kq) ölkəmizi təmsil edən Beka Kandelaki də uğurlu seriya yaxalayıb. O, startda meydan sahibi Qriseldi Kodranı (Albaniya), növbəti mərhələdə isə almaniyalı Yello Krameri məyus edərək yarımfinala vəsiqəni rəsmiləşdirib. Günün əsas məyusluğu 77 kq çəkidə yaşanıb. Komandanın heyətində yeganə Avropa çempionu (2020) tituluna sahib olan Sanan Süleymanov startda Şuaı Məmmədovu (UWW) keçsə də, 1/4 finalda macarıstanlı Robert Friçşlə bacarmayıb.

Digər təmsilçilərimizdən Rəşad Məmmədov (55 kq) 1/4 finalda Emin Seferşayevə (UWW), mübarizəyə 1/4 finaldan start verən Ziya Babaşov (63 kq) isə türkiyəli Kerem Kamala uduzub.

Məğlub olan güləşçilərimizin bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb-qatılmayacağı rəqiblərinin finala yüksəlib-yüksəlməyəcəyindən asılı olacaq.

Paylaş:

Xəbər Lenti

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56