UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah Bakıda “Zirə”nin qonağı olacaq Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink qarşılaşma öncəsi fikirlərini bölüşüb.Tərəflər arasında keçirilən ilk görüşdə komandasının 1:0 hesablı qələbə qazandığını xatırladan mütəxəssis, cavab matçının gərgin keçəcəyini bildirib: “Bizi çətin oyun gözləyir. Artıq meydanda nə etməli olduğumuzu yaxşı bilirik. Bu mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. İlk matçda “Zirə”nin daha yaxşı oynadığı fikri ilə razılaşmıram. Bəli, birinci hissədə rəqibin müəyyən üstünlüyü var idi. Lakin bu o demək deyil ki, sabahkı görüşdə sırf müdafiə futbolu nümayiş etdirəcəyik. Oyuna tam hazır vəziyyətdəyik”.Estoniya təmsilçisinin çalışdırıcısı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla futbolçuluq illərində üz-üzə gəlib-gəlmədiyinə də toxunub:”Rəşad Sadıqovun hansı dövrdə oynadığını dəqiq xatırlaya bilmirəm. Futbolçu karyeram ərzində Azərbaycan millisinə qarşı cəmi iki dəfə oynamaq şansım olub. Həmin vaxt Rəşada qarşı oynayıb-oynamadığımı dəqiq xatırlamıram”.