Tarmo Kink: “Birlikdə mübarizə apararaq yeni tarix yazdıq”

31.07.26 | 00:07
Ölkə futbolu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”ni iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıran (2:1) Estoniyanın “Payde” klubunun baş məşqçisi Tarmo Kink Sumqayıtdakı cavab matçından (1:1) sonra təəssüratlarını bölüşüb.

Estoniyalı mütəxəssis komandasının fədakar mübarizəsini və müdafiədəki intizamlı oyununu xüsusi vurğulayıb.

“Payde”nin baş məşqçisi matçdan sonra keçirilən mətbuat konfransında komandasının uğurunun arxasında xüsusi sirr olmadığını bildirib. O, futbolçularının son fitədək bir komanda kimi mübarizə apardığını və bunun sayəsində qarşıya qoyulan məqsədə çatdıqlarını vurğulayıb.

Mütəxəssis “Zirə”nin oyun ərzində böyük təzyiq yaratdığını etiraf etsə də, komandasının etibarlı müdafiəsi və qapıçısının inamlı çıxışının həlledici rol oynadığını qeyd edib: “Möhtəşəm qapıçımız və möhkəm müdafiə xəttimiz var. Futbolda belə oyunlar tez-tez olur. Rəqib üstün oynaya, daha çox hücum edə bilər, amma bu, hər zaman istənilən nəticəni vermir”.

Baş məşqçi tarixi uğura imza atdıqlarını desə də, bununla kifayətlənmək niyyətində olmadıqlarını bildirib: “Hazırda inanılmaz hisslər keçirirəm. Avrokuboklarda növbəti mərhələyə yüksəlməklə klubumuz üçün yeni tarix yazdıq. Amma əldə etdiklərimizlə kifayətlənmək olmaz. Məqsədimiz daha da irəli getməkdir”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28