Surkisdən sərt xəbərdarlıq: “Dinamo”nun qələbəsinin pərdəarxası məlum oldu

11.08.26 | 14:21
Ölkə futbolu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk görüşündən (1:0) öncə Kiyev “Dinamo”sunun soyunub-geyinmə otağında kifayət qədər gərgin anlar yaşanıb. Paytaxt klubunun prezidenti İqor Surkis komandanın motivasiyasını və meydandakı fədakarlığını artırmaq üçün prosesə şəxsən müdaxilə edib.

Kiyev təmsilçisinin pərdəarxası məqamlarını ukraynalı tanınmış idman jurnalisti Mixail Spivakovski “TaToTake” YouTube kanalındakı verilişində açıqlayıb. İnsayderin sözlərinə görə, Surkis “Qarabağ”la həlledici matç öncəsi futbolçularla gözləniləndən də sərt və emosional söhbət aparıb: “Futbolçuların dediyinə görə, Qarabağla matçdan əvvəl klub prezidenti İqor Surkis gəldi. Soyunub-geyinmə otağında elə bir ciddi tənbeh və təzyiq oldu ki, uşaqlar uzun müddətdir belə şey görməmişdilər”.

Spivakovski bildirib ki, məsuliyyətli avrokubok oyunu öncəsi belə emosional silkələnmə komandaya hava və su kimi lazım idi.

Prezidentin müdaxiləsi matçın ilk dəqiqələrindən öz bəhrəsini verib. Kiyev klubunun oyunçuları yaşıl meydançada tamam başqa səviyyədə mübarizə və fiziki aktivlik nümayiş etdiriblər: “Meydana çıxanda həmin tənbehin inersiyasını aydın görmək olurdu. Futbolçular meydanda alovlanırdı, çox yüksək tempdə qaçırdılar”.

Məhz soyunub-geyinmə otağındakı bu emosional yük “Dinamo”ya matç boyunca yüksək tempi qorumağa və “Qarabağ”la görüşdə minimum hesablı üstünlük əldə etməyə imkan verib.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00