“Sumqayıt” yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirib.
”Kimyaçılar”ın sükanı arxasına Jorje Kaşkilya keçəcək. Tərəflər artıq bütün şərtlərdə razılığa gəliblər və yaxın vaxtlarda müqavilənin imzalandığı rəsmən açıqlanacaq. Ötən mövsüm “İmişli”ni çalışdırmış portuqaliyalı mütəxəssislə 1 illik müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, “Sumqayıt” bir müddət əvvəl serbiyalı baş məşqçi Saşa İliçlə yollarını ayırmışdı.