“Sumqayıt”da gərgin gecə: Riad Rəfiyev paltardəyişmə otağında futbolçuları sərt tənqid edib

04.03.26 | 14:26
Ölkə futbolu

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Zirə”yə məğlub olaraq (0:2, ilk oyun – 0:0) turnirlə vidalaşan “Sumqayıt”da sular durulmur. Matçın yekununda “gənclik şəhəri” təmsilçisinin prezidenti Riad Rəfiyev komandanın nümayiş etdirdiyi oyundan kəskin narazılığını bildirib.

Deyilənə görə, final fitindən dərhal sonra paltardəyişmə otağına yollanan klub rəhbəri futbolçularla olduqca sərt və kəskin tonda danışıb. Rəfiyevin komandanın çıxışını tənqid edərkən emosiyalarını cilovlaya bilmədiyi, hətta bəzi məqamlarda təhqiramiz ifadələrə yol verərək narazılığını ifadə etdiyi bildirilir.

“Sumqayıt”ın son göstəriciləri həqiqətən də narahatlıq doğurur. Fevraldan bəri qələbəyə həsrət qalan “Sumqayıt”, keçirdiyi 6 rəsmi oyunda 4 məğlubiyyət və 2 heç-heçə alaraq, cəmi 2 qol vurmaqla hücum xəttindəki acizliyini nümayiş etdirib.

Cəmi 2 qol – bu, “Sumqayıt” kimi hücum potensialı olan bir komanda üçün fəlakətli rəqəmdir. Komanda meydanda nəinki nəticə qazana bilmir, hətta hücum qurmaqda və rəqib qapısına yol tapmaqda ciddi çətinlik çəkir.

“Zirə” ilə ilk oyundakı 0:0 hesablı bərabərlik azarkeşlərdə ümid yaratsa da, cavab matçındakı zəif performans bu ümidləri puç etdi. Riad Rəfiyevin bu kəskin reaksiyasından sonra klubda ciddi islahatların, bəlkə də baş məşqçi postunda dəyişikliyin və ya futbolçulara tətbiq olunacaq ağır cərimələrin şahidi ola bilərik.”Gənclik şəhəri” təmsilçisinin bu böhrandan necə çıxacağı isə yaxın günlərdə bəlli olacaq. Bir şey dəqiqdir: “Sumqayıt”da artıq heç kimin yeri zəmanətli deyil.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09