Klubun rəsmi saytının məlumatına görə, “kimyaçılar” iyulun 24-dək hazırlıq prosesinin ilk mərhələsini “SOCAR Polymer Arena”da keçirəcəklər. Ayın 25-də isə komanda Qəbələyə yollanacaq və avqustun 8-dək təlim-məşq toplanışını orada davam etdirəcək.
“Sumqayıt” Qəbələ toplanışı çərçivəsində ümumilikdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Kimyaçılar” ilk sınaq matçında iyulun 26-da “Kəpəz”lə üz-üzə gələcəklər. Komanda növbəti yoxlama oyununu iyulun 30-da “Şamaxı”ya, avqustun 3-də isə “İmişli”yə qarşı keçirəcək. Sumqayıt təmsilçisi hazırlıq mərhələsindəki son matçında isə avqustun 7-də Qətərin “Əl-Haritiyat” klubu ilə gücünü sınayacaq.