Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46
Dünya futbolu

Şotlandiya Premyer Liqasında mövsümün çempionluq düyünü son turda, özü də birbaşa dueldə çözülüb. Azarkeşlərin qısaca “Harts” adlandırdığı “Hart of Midlotian” klubu, “Seltik” və “Reyncers”in ölkə futbolundakı çoxillik hegemonluğuna son qoymağa çox yaxın olsa da, yekunda möcüzə baş verməyib.

Hər şey “Seltik Park”da baş tutan dramatik final matçında bəlli olub. Qızıl medallar üçün mütləq qələbə qazanmalı olan meydan sahibləri doğma azarkeşlər önündə gərgin keçən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

Uzun müddət turnir cədvəlinə başçılıq edən “Harts” isə bu məğlubiyyətlə 1960-cı ildən bəri davam edən ilk çempionluq həsrətinə son qoymaq şansını əldən verib. Beləliklə, mövsüm ərzində üç fərqli baş məşqçi ilə işləyən və xeyli xal itkiləri yaşayan “Seltik”, dramatik finiş sayəsində “Harts”ı iki xal qabaqlayaraq növbəti dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qarşılaşmadan sonra “Sky Sports”a danışan “Seltik”in kapitanı Kallum Makqreqor duyğularını gizlətməyib:”Şansımızın olduğunu bilirdik və sona qədər döyüşməyə davam etdik. Biz həqiqətən xüsusi bir komandayıq, bu kollektivlə fəxr edirəm”.

Xatırladaq ki, Şotlandiya futbolunda iki nəhəngin — “Seltik” və “Reyncers”in hegemonluğunu qıran sonuncu komanda əfsanəvi ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Aberdin” olub (1985). “Harts”ın bu uğursuzluğundan sonra qocaman krallıqdakı 41 illik “ikitirəlik” ənənəsi toxunulmaz qalıb.

Paylaş:

Xəbər Lenti

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10