“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52
Dünya futbolu

İngiltərə Premyer Liqasında mövsümün taleyini həll edə biləcək “blokbaster” qarşılaşmasında “Mançester Siti” prinsipial rəqibi “Arsenal” üzərində vacib qələbə qazandı. Dramatik keçən görüşdə “şəhərlilər” geriyə düşsələr də, xarakter nümayiş etdirərək 2:1 hesablı zəfərə sevindilər.

Oyunun start fiti ilə hər iki komanda hücum futboluna üstünlük verdi. Artıq 4-cü dəqiqədə Rayan Şerki hesabı aça bilərdi, lakin Qabrielin müdaxiləsindən sonra top dirəyə dəyərək meydanı tərk etdi. Lakin gənc fransız ulduz 16-cı dəqiqədə istəyinə nail oldu: cərimə meydançasında müdafiəçini məharətlə keçən Şerki, dəqiq zərbə ilə “Siti” azarkeşlərini ayağa qaldırdı.

Lakin meydan sahiblərinin sevinci çox çəkmədi. Cəmi bir neçə dəqiqə sonra qapıçı Canluici Donnarumma bağışlanılmaz səhvə yol verdi. Topu uzaqlaşdırmaqda gecikən italyan qolkiper, Kay Havertsin təzyiqi ilə üzləşdi. Topun Havertsə dəyərək tora daxil olması hesabı bərabərləşdirdi – 1:1.

Fasilədən dərhal sonra “Siti” hücumlarını kəskinləşdirdi. 48-ci dəqiqədə yaranan qarışıqlıq zamanı Erlinq Holandın zərbəsi dirəkdən döndü. Lakin “Arsenal” da borclu qalmırdı. Mark Gehi-nin səhvindən yararlanan “topçular” əks-hücuma çıxsalar da, Haverts və Martinelli Donnarumma səddini keçə bilmədilər. Az sonra Ebereçi Ezenin uzaq məsafədən sarsıdıcı zərbəsi də “Siti”nin qapı dirəyinə tuş gəldi.

Oyunun həlledici anı 65-ci dəqiqədə yaşand. Donnarummanın sürətli ötürməsi ilə başlayan hücumda Niko O’Rayli mərkəzi asanlıqla keçdi.  Ceremi Doku ilə divar paslaşmasından sonra O’Rayli topu cərimə meydançasına ünvanladı.  Pusuya yatmış Erlinq Holand fürsəti boşa verməyərək “Siti”ni önə çıxardı – 2:1.

Oyunun son dəqiqələri “Arsenal”ın gərgin hücumları ilə yadda qaldı. Qabrielin dirəkdən dönən topu və Havertsin əlavə vaxtda qaçırdığı real qol vəziyyəti londonluların məğlubiyyəti ilə nəticələndi.Bu qələbədən sonra “Mançester Siti” liderlə aradakı xal fərqini 3-ə endirdi. Ehtiyatda bir oyunu olan Qvardiolanın yetirmələri artıq çempionluq taleyini öz əllərinə alıblar. Bir neçə həftə əvvəl böyük xal fərqi ilə öndə olan “Arsenal” üçün isə həyəcan təbili çalınmağa başlayır.

Paylaş:

Xəbər Lenti

Sinxron üzgüçülük üzrə milliyə yeni baş məşqçi gətirildi

21.04.26 | 15:04

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29