Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57
Ölkə futbolu

Premyer Liqanın XXVIII turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qəbələ” qarşılaşması meydan sahiblərinin minimal hesablı qələbəsi (1:0) ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Saşa İliç komandasının çıxışını qiymətləndirib.

Uzunmüddətli uğursuz seriyaya son qoyan İliç, nəticədən razı qalsa da, sərgilənən futboldan narazılığını gizlətməyib: “Düzünü desəm, komandamın oyunundan narazı qaldım. Lakin uzun fasilədən sonra yenidən qələbə qazanmaq bizim üçün olduqca müsbət haldır”.

Baş məşqçi 9 matçlıq qələbə həsrətinə son qoymağın psixoloji üstünlüklərinə də toxunub. O bildirib ki, bu üç xal komandada motivasiyanı bərpa etmək üçün həlledici rol oynaya bilər: 9 oyundan sonra qazanılan qələbə komandadakı ab-havanı düzəltmək baxımından çox vacibdir. Bu qələbə qarşıdakı oyunlar üçün stimul olsa da, oyun keyfiyyətinin yüksəldilməsi mütləqdir”.

Matç zamanı komandanın aparıcı üzvlərindən olan Nikola Ninkoviçin erkən əvəzlənməsinə də aydınlıq gətirən mütəxəssis, bunun sırf taktiki və performansla bağlı olduğunu vurğulayıb: “Ninkoviç bizim üçün hər zaman vacib oyunçudur. Lakin bu gün onun nümayiş etdirdiyi performans məni qane etmədi. Bu səbəbdən də oyuna müdaxilə edərək onu əvəzləmək qərarına gəldim”.

Paylaş:

Xəbər Lenti

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56

Jorje Kaşkilya: “Qələbəni Mozesə həsr edirik”

19.04.26 | 22:17

Azər Bağırov: “Yusif İmanov azarkeşlərlə davranışına görə cəzalanacaq”

19.04.26 | 22:34

“Sumqayıt” minimal hesabla qələbə qazandı

19.04.26 | 18:34

Kapitanın qolu “İmişli”ni elitada saxladı

19.04.26 | 17:55

Zelim Kotsoyev bürünc medal şansını itirdi

19.04.26 | 17:25

Mataratsso İspaniya Kral Kuboku ilə Avropa futbolu tarixinə düşdü

19.04.26 | 15:57

“Sabah”a ağır itki: Mikelsin üz sümüyü sınıb

19.04.26 | 14:37

Şahmatçılarımız tarixi zəfərin astanasında

19.04.26 | 14:04

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35