Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33
Ölkə futbolu

Premyer Liqanın 26-cı turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç qarşılaşmadan sonra media mənsublarının suallarını cavablandırıb. Serbiyalı mütəxəssis həm oyunun nəticəsini dəyərləndirib, həm də komandadakı gələcək taleyinə aydınlıq gətirib.

Artıq 10 oyundur qələbə üzünə həsrət qalan “gənclik şəhəri” təmsilçisində baş məşqçinin istefası gündəmdədir. İliç bu barədə verilən suala kifayət qədər soyuqqanlı cavab verib: “Qələbə münasibətilə rəqibi təbrik edirəm. Buraxdığımız bir neçə ciddi səhv məğlubiyyətimizə səbəb oldu. İstefa məsələsinə gəlincə, mənimlə bağlı son qərarı klub rəhbərliyi verir. Bu baxımdan heç bir problem görmürəm”.

Baş məşqçi komanda daxilindəki nizam-intizam və oyun tapşırıqlarının icrası ilə bağlı narazılığını da gizlətməyib. O, konkret adlar çəkərək futbolçularına xəbərdarlıq edib: “Futbolçulara konkret tapşırıqlar veririk. Məsələn, Səbuhi Abdullazadəyə mərkəzdə belə səhvlərə yol verməyin mümkünsüzlüyünü izah edirik, lakin eyni ssenari hər dəfə təkrarlanır. Bu gün Səbuhidirsə, sabah Masakao biri gün isə Ninkoviçdir. Birinə dediyimiz sözü hər kəs özünə aid etməlidir. Çünki “Neftçi ” kimi klublar bağışlamır, xətaları dərhal qola çevirir”.

İliç komandanın hazırkı potensialı və keçən ilin sonunda baş tutmayan planlardan da söz açıb. O, “Sumqayıt”ın hazırda çempionatın favoritləri ilə rəqabət apara biləcək gücdə olmadığını etiraf edib: “Premyer Liqada bizdən səviyyəcə üstün 4-5 klub var. Biz maksimum formamızı ötən ilin noyabrında yığmışdıq. O vaxt heyəti gücləndirmək üçün bir neçə transfer reallaşdırmaq istəsək də, təəssüf ki, alınmadı. İndi əlimizdə olan gənclər özlərini göstərməli və bu məsuliyyəti üzərlərinə götürməlidirlər”.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41