«Qarabağ»ın sabiq müdafiəçisi Sami Mmae «Pafos»a keçib. Ötən mövsümü icarə əsasında Ağdam klubunda keçirən 29 yaşlı belçikalı stoper karyerasını Kiprdə davam etdirəcək.Mənbənin verdiyi məlumata görə, müqavilə ilə Xorvatiyanın «Dinamo» (Zaqreb) klubuna məxsus olan Sami Mmae Kipr təmsilçisinə də icarə əsasında transfer olunub.Xatırladaq ki, cari yay transfer pəncərəsində millimizin vingeri Murad Məmmədov da «Pafos» klubuna keçid edib.