Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şamaxı” təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi növbəti yoldaşlıq görüşündəki rəqibini müəyyənləşdirib.
Azər Bağırovun yetirmələri bu dəfə digər bölgə təmsilçisi “Kəpəz”lə gücünü sınayacaq. Bölgə derbisi xarakteri daşıyan bu qarşılaşma iyulun 20-də Qəbələdə baş tutacaq.
Xatırladaq ki, hazırlıq prosesinin bu mərhələsini Qəbələdə keçirən şirvanlılar, iyulun 30-da elə eyni məkanda “Sumqayıt”la da qarşı-qarşıya gələcəklər.