“Şamaxı” transfer çalışmalarını davam etdirir. Region təmsilçisi portuqaliyalı müdafiəçi Jota ilə heyətini gücləndirib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 26 yaşlı futbolçu ilə “1+1” sxemi üzrə müqavilə imzalanıb.
Qeyd edək ki, “astronomlar”ın yeni transferinin son klubu ölkəsinin “San-Juan-de-Ver” komandası olub.