Premyer Liqa təmsilçisi “Şamaxı” heyətlə bağlı növbəti qərarını verib. Klubun mətbuat xidmətinin məlumatına görə, tansaniyalı yarımmüdafiəçi Alfons Msanqa ilə yollar ayrılıb. Tərəflər arasında başa çatan müqavilənin müddəti uzadılmayıb.
Bu, “şirlər”in cari transfer pəncərəsində rəsmən vidalaşdığı 15-ci futbolçudur. Bölgə klubunun heyətdə ciddi islahatları davam etdirəcəyi gözlənilir.