“Liverpul”un misirli ulduzu Məhəmməd Salah, Milad ağacı qarşısında paylaşdığı fotoşəkillə növbəti dəfə tənqidlərin hədəfinə çevrilib. Futbolçunun ənənəvi bayram paylaşımı bəzi müsəlman izləyiciləri tərəfindən narazılıqla qarşılanıb.
Hazırda Afrika Millətlər Kubokuna hazırlaşan Misir milli komandasının heyətində Mərakeşdə olan Salahın İngiltərədəki ailəsi bayram hazırlıqlarını davam etdirir. Futbolçu hər il olduğu kimi, bu il də övladları ilə bəzədilmiş ağacın önündə çəkdirdiyi şəkli paylaşaraq izləyicilərini “Milad bayramınız mübarək” mesajı ilə təbrik edib.
Bu addım futbolçunun milyonlarla müsəlman pərəstişkarı tərəfindən birmənalı qarşılanmayıb. Bir çox izləyici Salahın bu hərəkətini “İslam dünyasının nümayəndəsi” olan bir idmançı üçün yolverilməz və kədərli hesab edib. Paylaşımın altına qısa müddətdə minlərlə narazı şərh yazılıb.
Tənqidlər arasında ən çox diqqət çəkən şərhlərdən bəziləri belədir:
“Mo Salah, mən bir ‘Mançester Siti’ azarkeşi olsam da, səni nümunə götürürdüm. Amma bu hərəkətinlə qəlbimi qırdın, artıq sən mənim üçün örnək deyilsən.”
“Sən müsəlmansan… Öz dininə və mədəniyyətinə hörmət etməlisən. Səni izləyən milyonlarla insana hansı mesajı verirsən?”