Şahzadə Uilyam: “Atam futbola nifrət edir”

04.07.26 | 20:48
Dünya futbolu

İngiltərə millisi dünya çempionatında qızıl medallar uğrunda mübarizə apardığı bir vaxtda, kral ailəsinin futbola münasibəti diqqət mərkəzinə düşüb. Böyük Britaniya Kralı III Çarlzın bu idman növünə heç bir marağı yoxdur. Bunu kralın oğlu, Uels şahzadəsi Uilyam etiraf edib.

Özü odlu-alovlu bir futbol azarkeşi olan Şahzadə Uilyam, NFL (Amerika futbolu) ulduzları Ceyson və Trevis Kelsi qardaşlarının təqdimatında yayımlanan məşhur “New Heights” podkastının qonağı olub. “Aston Villa” klubunun sadiq azarkeşi olan şahzadəyə “Futbol sevgisi sizə atanızdan keçib?” sualı ünvanlanıb.

Şahzadə Uilyam isə heç tərəddüd etmədən bu maraqlı cavabı verib: “Qətiyyən yox! Atam futbola nifrət edir. Bizim ailədə köklü futbol ənənələri yoxdur, demək olar ki, heç kim heç bir komandaya azarkeşlik etmir. Məndə bu sevgi dostlarımın məni ilk dəfə stadiona aparmasından sonra yarandı”.

Podkastda ABŞ və Avropanın idman mədəniyyəti, xüsusən də futbol fərqlilikləri müzakirə olunub. Şahzadə Uilyam Avropadakı futbol bağlılığının tamamilə fərqli bir səviyyədə olduğunu vurğulayıb: “Avropada kluba sədaqət elə bir həddədir ki, komanda azarkeşlər üçün ikinci bir ailəyə çevrilir. Bunun çox böyük emosional tərəfi var. Məsələn, Aston Villa  qalib gələndə həftəsonum dünyanın ən gözəl gününə çevrilir. Uduzanda isə, düzünü desəm, bazar ertəsi səhəri heç kimi görmək istəmirəm, depressiyaya düşürəm. Bu hiss günlərlə davam edə bilir”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24