Premyer Liqaya vəsiqə qazanan “Şafa” yeni baş məşqçisini müəyyənləşdirib. Bakı təmsilçisini növbəti mövsümdə “Qarabağ”ın keçmiş müdafiəçisi Zaur Həşimov çalışdıracaq. Klubun yaxın vaxtlarda təyinatla bağlı rəsmi açıqlama verməsi gözlənilir.Maraqlıdır ki, komandanı Premyer Liqaya yüksəldən Elgiz Kərəmli postu ilə vidalaşır. Müqaviləyə əsasən, komandanın elitaya vəsiqə qazanacağı təqdirdə, mütəxəssislə olan əməkdaşlığın uzadılması nəzərdə tutulsa da, tərəflər yollarını ayırmaq qərarına gəlib. Hazırda klub rəhbərliyi E.Kərəmliyə ödəniləcək təzminat məsələsini həll etmək üçün danışıqlar aparır.