“Sabah”la matçlar öncəsi “Orxus”da böhran: Zədə epidemiyası və kadr qıtlığı

02.08.26 | 18:56
Ölkə futbolu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Danimarka təmsilçisi “Orxus”da (AGF) vəziyyət görüdüyü kimi asan deyil. Heyətdəki çoxlu zədələr və Polşada “Lex”ə qarşı keçirilən 120 dəqiqəlik ağır oyunun yorğunluğu fonunda AGF Superliqanın son turunda “Lünqbyu” ilə 2:2 hesablı bərabərliyə razılaşıb.

Danimarka çempionunun baş məşqçisi Yakob Poulsen qarşıdakı vacib matçlar öncəsi heyətin mövcud durumundan ciddi narahatlığını gizlətmir.

Hazırda komandanın tibbi heyəti sözün əsl mənasında vaxtla yarışır. Nikolay Poulsen, Markus Solbakken, Kevin Yakob, Tobias Mölqard, Qift Linksf, Yakob Andersen və cəzalı Canni Serra “Lünqbyu” ilə matçda komandaya kömək edə bilməyiblər. Üstəlik, qarşılaşmanın ilk 10-cu dəqiqəsində dayaq yarımmüdafiəçisi Frederik Tinqagerin də zədələnərək meydanı tərk etməsi böhranı daha da dərinləşdirib.

Baş məşqçi Yakob Poulsen komandadakı vəziyyəti belə qiymətləndirib: “Bütün bu zədələri nəzərə alsaq, heyətimiz geniş görünmür. Evdə əsas heyətdə oynaya biləcək 8 zədəli futbolçumuz var. Əgər bu durum belə davam edərsə, hazırkı heyətin bizi qarşıda gözləyən sıx qrafikə çatacağını düşünmürəm. Bir tərəfdən ağır dövr keçiririk, digər tərəfdən isə təcili olaraq güclənmək üçün transfer bazarına baxırıq”.

Təcrübəli mütəxəssis müdafiə xəttindəki itkilərin yerini doldurmaqda çətinlik çəksə də, Luka Kallyonun sıraya qayıtmasını müsbət hal kimi dəyərləndirib. Lakin o, zədəlilərin “Sabah”la ilk oyuna hazır olub-olmayacağı sualına ehtiyatla yanaşıb: “Görək necə olur. Hər addımı mərhələli şəkildə atmalıyıq. Onların iştirak edə biləcəyi məşq sayı çox azdır. Tam hazır olmayan futbolçunu riskə edib meydana buraxmaq doğru deyil. Bu, həm nəticəyə təsir edər, həm də həmin oyunçunun daha uzunmüddətli sıradan çıxmasına səbəb olar”.

Kadr qıtlığı səbəbindən Poulsen “Lünqbyu” ilə matçda Oskar Hauqstrup, Məhəmməd Kamara və Kristian Ştorx kimi çox gənc futbolçulara şans verməli olub. Baş məşqçi gənclərin oyunundan razı qalsa da, komandanın fiziki yorğunluğunun qaçılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, AGF rəhbərliyi “Sabah”la keçiriləcək cavab qarşılaşmasına daha yaxşı hazırlaşmaq və oyunçuları bərpa etmək üçün iki matç aralığına təsadüf edən Superliqa oyununu təxirə salıb.        

Hazırda Danimarka superliqasında 2 turdan sonra cəmi 2 xalı olan “Orxus” üçün “Sabah”la keçiriləcək Çempionlar Liqası qarşılaşmaları mövsümün ən həlledici sınağına çevriləcək.             

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09