AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Sabahın ulduzları” turnirinin açılış mərasimi keçirilib.
“Bayıl Arena”da təşkil olunan tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, assosiasiyanın digər rəsmiləri və ölkə futbolunun veteranları iştirak ediblər.
Açılış mərasimindən sonra U-15 Liqası çərçivəsində “Sabah” və “Neftçi” komandaları üz-üzə gəlib.
Turnir sentyabrın 27-dək davam edəcək. Yarış U-14 və U-15 yaş qruplarında keçiriləcək və hər kateqoriyada 12 komanda mübarizə aparacaq.