“Sabah”ın qapıçısı Stas Pokatilov karyerasında əlamətdar hadisə ilə üzləşib. 33 yaşlı qolkiper Qazaxıstan millisinin UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün açıqlanan geniş heyətinə dəvət alıb.
Qazaxıstan yığmasını qarşıda ardıcıl dörd vacib qarşılaşma gözləyir. Komanda sentyabrın 26-da və oktyabrın 6-da Farer adaları, sentyabrın 29-da Slovakiya, oktyabrın 2-də isə Moldova ilə üz-üzə gələcək.
Təcrübəli qapıçı sözügedən oyunlarda ölkəsinin şərəfini qorumaq üçün milli komandanın düşərgəsinə yollanacaq.
Qazaxıstanın açıqlanan ilkin heyətində 41 futbolçu, o cümlədən 5 qapıçı yer alıb və Pokatilov da onların arasındadır.