UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın turnirin növbəti raundundakı ehtimal olunan rəqibi müəyyənləşib.
Bakı təmsilçisi III təsnifat mərhələsində Danimarkanın “Orxus” (AGF) səddini aşacağı təqdirdə, pley-offda “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Beer Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Püşkün nəticəsinə əsasən, komandamız ilk matçını səfərdə keçirəcək.
Xatırladaq ki, pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.