Çempionlar Liqasının əsas mərhələsinin I turunda İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək “Sabah”ın səfər planı müəyyənləşib.
Paytaxt təmsilçisi sabah saat 15:00-da çarter reysi ilə Mançesterə yola düşəcək.
Sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:30-da “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan əvvəlki mətbuat konfransı başlayacaq. Saat 23:00-da isə komanda matçın keçiriləcəyi arenada son məşqinə çıxacaq.
“Mançester Yunayted” – “Sabah” qarşılaşması sentyabrın 10-da “Old Trafford” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.