“Sabah” komandanın kapitanı Amin Seydiyevlə yollarını ayırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməmək barədə qərar qəbul ediblər.
Qeyd edək ki, 2020-ci ilin yayından “bayquşlar”ın şərəfini qoruyan Seydiyev, paytaxt təmsilçisinin heyətində keçirdiyi 186 matçda forma geyinib və 7 qol vurub.