“Sabah”ın serbiyalı futbolçusu Velko Simiç fərdi məşqlərə başlayıb. 31 yaşlı hücumameyilli universal futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Norveç “Vikinq”i ilə keçirilən matçda (1:4) zədəsini daha da ağırlaşdırmışdı.
Simiçin milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra sıraya dönəcəyi gözlənilir. Bununla belə, onun Misli Premyer Liqasının XII turunda noyabrın 20-də “Sumqayıt”a qarşı keçiriləcək matçda iştirakı hələlik sual altındadır.