UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü avqustun 3-də keçiriləcək. III təsnifat mərhələsində Danimarkanın “Orxus” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, Azərbaycan çempionu “Sabah” da növbəti mərhələdəki potensial rəqibini öyrənəcək.
Bakı təmsilçisinin mümkün rəqibləri sırasında Şotlandiyanın “Seltik”, Yunanıstanın AEK klubları, eləcə də “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalqiris” (Litva) və “Myalbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibləri yer alır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə 25-26-da keçiriləcək.