UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Uelsin “Nyu-Seynts” klubu ilə qarşılaşacaq “Sabah” matçın keçiriləcəyi İngiltərənin Osuestri şəhərinə səfər edib.
Paytaxt təmsilçisi bu gün matçdan öncəki son məşqinə çıxacaq. Komandanın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı isə Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Nyu-Seynts” – “Sabah” qarşılaşması sabah Osuestridəki “Park Holl” stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.