“Sabah” basketbol komandası FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Lazar Spasiçin rəhbərlik etdiyi kollektiv A qrupunun IV turunda doğma meydanda Türkiyənin “Trabzonspor” klubunu qəbul edib. Bakı Milli Gimnastika Arenasında baş tutan qarşılaşma təmsilçimizin 91:72 (18:18, 22:13, 20:21, 31:20) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Sabah” əvvəlki turlarda səfərdə “Ritas”a (73:82) və “Trabzonspor”a (83:100) uduzub, doğma meydanda isə “Nanter”i 87:80 hesabı ilə məğlub edib.
FİBA Çempionlar Liqası
A qrupu
| № | Komanda | O | Q | M | T | X |
| 1 | Sabah (Azərbaycan) | 4 | 2 | 2 | 334:334 | 6 |
| 2 | Trabzonspor (Türkiyə) | 4 | 2 | 2 | 346:354 | 6 |
| 3 | Ritas (Litva) | 3 | 2 | 1 | 244:247 | 5 |
| 4 | Nanter (Fransa) | 3 | 1 | 2 | 256:245 | 4 |