“Sabah” səfərdə “Sumqayıt”ı darmadağın edərək liderliyə yüksəlib

20.11.26 | 22:00
Ölkə futbolu

Premyer Liqanın 12-ci turunun ilk oyun günündə keçirilən iki qarşılaşmadan birində “Zirə” və “İmişli” heç-heçə edib – 2:2. Günün digər matçında isə “Sabah” səfərdə “Sumqayıt”a böyük hesabla qalib gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş “bayquşlar”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar 21-ci dəqiqədə Ksander Severinanın qolu ilə hesabı açıblar. Sedrik Badolo 30-cu dəqiqədə tarazlığı bərpa etsə də, cəmi üç dəqiqə sonra “Sumqayıt” azlıqda qalıb. Lukas Blek ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Say üstünlüyündən yararlanan “Sabah” fasiləyə qədər yenidən önə keçib. 42-ci dəqiqədə İvan Lepiniça fərqlənib. İkinci hissədə isə qonaqlar üstünlüklərini daha da artırıblar. Timoteuş Puxaç 55-ci, Aleksey İsayev 67-ci, Xəyal Əliyev isə 75-ci dəqiqədə qol vuraraq yekun hesabı müəyyənləşdirib.

İsayev qol sevincini yeni doğulan övladına həsr edib. O, fərqləndikdən sonra əlini ağzına apararaq əmzik jesti göstərib. Komanda yoldaşları da futbolçunun sevincinə qoşulublar. “Sabah” klubunun sosial şəbəkə hesablarında həmin anların fotoları paylaşılıb, İsayev və ailəsi təbrik olunaraq körpəyə sağlam və xoşbəxt ömür arzulanıb.

Bu qələbədən sonra xallarının sayını 24-ə çatdıran “Sabah” turnir cədvəlinin zirvəsinə yüksəlib. “Sumqayıt” isə 10 xalla 9-cu pillədə qalıb.

“Sumqayıt” – “Sabah” 1:5 (1:2)

Ksander Severina, 21 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepinitsa, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayeV, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5).

Baş hakim: Elvin Bayramov.

“Sumqayıt”: Marko Yohansson, Nihad Əhmədzadə, Roy Kahhat (Emil Mustafayev, 68), İsa Süleyman (k), Sedrik Badolo, Ronaldo Vaskes, Keffel, Lukas Blek, Mamadi Banqre (Rüstəm Əhmədzadə, 46), Tyaqo Almeyda, Renan Santana.

“Sabah”: Stas Pokatilov (k), Aleksey İsayeV (Orfe Mbina, 76), Akim Zedadka, Timoteuş Puxaç (Stiv Solvet, 68), İvan Lepinitsa (Umarali Rəhmonaliyev, 68), Du Keyros, Junior Almeyda, Ksander Severina (Xəyal Əliyev, 68), Karlos Eduardo, Eyden Makkarti, Kristian Nvaçukvu (Kahim Parris, 76).

Xəbərdarlıq: Lukas Blek, Sedrik Badolo.

Qırmızı vərəqə: Lukas Blek, 33-cü dəqiqə (ikinci sarı vərəqədən sonra).

Sumqayıt, Mehdi Hüseynzadə adına stadion.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09