“Sabah” ölkə futbolu tarixində avrokubokların əsas mərhələsinə vəsiqə qazanan dördüncü komanda oldu.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiya “KuPS”unu iki oyunun yekununda (1:0, 2:0) üstələyən paytaxt təmsilçisi, III raunda adlamaqla yanaşı, ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində iştirakı zəmanət altına alıb.
Xatırladaq ki, buna qədər ölkəmizi avrokubokların əsas mərhələsində yalnız “Neftçi”, “Qarabağ” və “Qəbələ” təmsil etmişdi.