“Sabah” 18 qolla Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən və komandanın əsas simalarından biri sayılan Coy-Lans Mikkelslə bağlı hərəkətə keçib. Paytaxt təmsilçisi 32 yaşlı hücumçuya 3 illik yeni müqavilə təklif etməyi planlaşdırır.
Ruanda millisinin üzvünün “bayquşlar”la hazırkı sözləşməsi cari mövsümün sonunda başa çatır. Məlumata görə, bir neçə xarici klubdan təklif almasına baxmayaraq, Mikkels özü də karyerasını ölkəmizdə davam etdirməkdə maraqlıdır. Yaxın günlərdə tərəflərin rəsmi qaydada masaya oturacağı gözlənilir.