UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) qarşılaşmasına bilet satışı sürətlə davam edir.
Tofiq Bəhrəmov adına Respublika Stadionunda təşkil olunacaq matç üçün artıq 20 min bilet sahibini tapıb. Qeyd edək ki, adıçəkilən arena 31 mindən bir qədər çox azarkeş tutumuna malikdir.
Xatırladaq ki, İsraildəki ilk görüşdə 1:2 hesabı ilə məğlub olan Bakı təmsilçisi cavab oyununda doğma azarkeşləri önündə mərhələ adlamağa çalışacaq. Avqustun 25-də keçiriləcək “Sabah” – “Hapoel Beer-Şeva” qarşılaşmasının start fiti saat 20:45-də səslənəcək.