“Sabah” ÇL-in növbəti mərhələsinin astanasında: təmsilçimiz Uelsdə ikinci addımını atır

14.07.26 | 00:47
Ölkə futbolu

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Sabah” bu gün 1-ci təsnifat mərhələsinin cavab oynuna çıxacaq. Komandamız Uels çempionu “Nyu Seynts”in qonağı olacaq.

Bir həftə öncə “Bank Respublika Arena”da baş tutan ilk oyunda yaxşı təsir bağışlayan Valdas Dambrauskasın yetirmələri Velko Simiç və Kahim Parrisin qolları ilə 2:0 hesablı inamlı qələbə qazanaraq mərhələ adlamaq yolunda böyük üstünlük əldə etdilər.

Bu gün saat 21:30-da “Park Holl” stadionunda start götürəcək matçda bir həftə öncə olduğu kimi, “Nyu-Seynts” öz ənənəvi ev formasında – yaşıl-ağ zolaqlı köynək, yaşıl şort və corablarda çıxacaq. “Sabah” isə tamamilə qara rəngli geyimdə mübarizə aparacaq. Qapıçılar müvafiq olaraq tam sarı və tam bənövşəyi geyimlərdə yer alacaqlar.

Həlledici qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Mateo Buskets Ferrer olacaq. Ona yan xətt hakimləri İnyiqo Prieto və Qonsalo Qarsiya Qonsales kömək edəcək. VAR otağında isə Valentin Qomes əyləşəcək.

Bakıdakı yenilgidən sonra revanş xəyalları quran Uels çempionu ev oyunlarındakı uğurlu statistikasına güvənir. Belə ki, “Nyu Seynts” ötən mövsüm “Park Holl”da keçirdiyi 21 matçın 18-də qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Uels təmsilçisi Ozuestridə keçirdiyi son 7 Avrokubok matçında isə cəmi 2 dəfə meydanı məğlub tərk edib. Lakin ilk oyunda tam üstünlük nümayiş etdirən “Sabah”ın cari forması komandamızın mərhələni adlayaraq yoluna davam edəcəyinə böyük ümidlər yaradır. Qeyd edək ki, qarşılaşma yerli “Sgorio” rəqəmsal platformaları vasitəsilə canlı yayımlanacaq. İki oyunun nəticəsinə görə üstün olan tərəf Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə vəsqə qazanacaq.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24