Çempionlar Liqasına hazırlığını davam etdirən “Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununa çıxıb. Valdas Dambrauskasın yetirmələri Macarısta “Ferensvaroş”ı ilə qarşılaşıb Görüş heç-heçə ilə başa çatıb – 1:1.
İlk hissəni meydanı məğlub tərk edən “bayquşlar” fasilədən sonra hesabı bərabərləşdirməyi bacarıb. Azərbaycan təmsilçisinin heyətində Cəfət Bulus fərqlənib.
Xatırladaq ki, “Sabah” toplanışdakı ilk sınaq matçında da Rumıniya “Universitatya”sı ilə eyni hesabla (1:1) bərabərə qalmışdı. Komandamız növbəti yoldaşlıq oyununu iyulun 1-də Ukraynanın “Polissya” klubuna qarşı keçirəcək.