“Sabah” Avrokuboklarla vidalaşdı

14.08.25 | 21:25
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bir həftə əvvəlki start heyətə üstünlük verdiyi halda rəqib ilk oyunla müqayisədə bir dəyişiklilə meydana çıxmışdı. Ötən oyunun qəhrəmanı Rupanov bu dəfə start heyətdə meydana çıxmışdı. “Levski”nin baş məşqçisi Henninq Berqin bu dəyişikliyi oyuna ciddi təsir etməsə də, norveçli mütəxəssis cavab oyununda da taktiki cəhətdən rəqibini üstələyərək istədiyi nəticəni qazandı. “Sabah”ın oyun boyu xaotik, inersiyaya köklənən, qeyri-mütəşəkkil hücumlarını bolqarlar çətinlik çəkmədən dayandırdılar və hər hissədə bir qol vurmaqla “Sabahı” Avropa kuboklarındakı sabahdan məhrum etdilər.

Ümumiyyətlə ötən yazılarımızda da qeyd etmiyimiz kimi “Sabah” öz potensialından qat-qat aşağı oynayır. İstər ötən mövsüm premyer-liqada, istərsə də, bu mövsümün Avropa kuboklarında masazırlılar futbol adına heç bir ciddi irəliləyiş etmədiklərini göstərdilər. Zəif Moldova klubunu yenməklə ümidlərimizi artırsalar da, bu komandanın nə üçün, hansı məqsədlə oynadığı nə meydanda, nə də ondan kənarda məlum deyil. Qalaq-qalaq legionerləri alıb gətirən klub yerlilərlə də o Moldova klubunu keçə bilərdi.  

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

Sabah (Azərbaycan) – Levski (Bolqarıstan)  0:2 (ilk oyun 0:1)

“Sabah”: Pokatilov, Rəhman Daşdəmirov (Kahem Parris, 46), Solvet, Noqeyra, Zedadka, Lepinitsa, Zinədin Uld Xaled (Abdullax Xaybullayev, 63), Letiç, Sekidika (Anatoli Nuriyev, 63), Safranko (Xəyal Əliyev, 78), Coy-Lens Mikels.

“Levski”: Vutsov, Aldayr Neveş, Kristian Dimitrov, Kristian Makun, Maykon, Mitkov, Everton Bala (Rildo Qonsalves, 72), Qasper Trdin, Petkov (Karl Fabian, 72), Rupanov (Mazire Soula, 63), Kirilov (Tsunami, 82).

Qollar: Kirilov, 40 (0:1). Soula, 88 (0:2).

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54