Premyer Liqa təmsilçisi «Səbail» heyətini eyni vaxtda dörd əcnəbi futbolçu ilə gücləndirib. Hücum xəttindəki kəsiri aradan qaldırmağı hədəfləyən Paytaxt klubu eyni anda 4 leqionerlə rəsmi müqavilə imzalayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, «dənizçilər»in hücum xəttinə cəlb etdiyi yeni oyunçular həm təcrübəsi, həm də dinamikliyi ilə diqqət çəkir. Komandanın ön xəttini ölkəsinin «Ferroviario» klubundan transfer olunan 30 yaşlı təcrübəli braziliyalı forvard Felipe Halk və Portuqaliyanın «Braqa-B» kollektivindən gətirilən 23 yaşlı gənc hücumçu Yan Said bəzəyəcək. Hücumun müxtəlif mövqelərində çıxış etmək bacarığına malik Lüksemburq «Dudelanj»ının 26 yaşlı futbolçusu Aldo Qomes Soares «Dinyo» ilə yanaşı, son mövsümü «Şahdağ Qusar»da keçirən və yerli futboldakı təcrübəsi ilə seçilən 23 yaşlı Peter Aqblevord da bundan sonra «Səbail»in uğurları üçün mübarizə aparacaq. Xüsusilə hücum xəttini köklü şəkildə yeniləyən «Səbail»in bu addımı, komandanın yeni mövsümdə daha iddialı və nəticəyönümlü futbol sərgiləmək niyyətində olduğunu göstərir.