“Səbail” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Klub rəhbərliyi Elnur Abdullayevlə anlaşıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Abdullayevin son iş yeri “Şahdağ Qusar” olub. O, ötən mövsüm bu komanda ilə II Liqanın çempionu adını qazanıb. Qeyd edək ki, yeni mövsümdən etibarən “Səbail” klubunun adı dəyişdirilərək “Quba” adlandırılacaq.