Premyer Liqa təmsilçisi „Şamaxı“ heyətinə yeni legioner qatıb. Müdafiə xəttini gücləndirmək istəyən „astronomlar“ portuqaliyalı mərkəz müdafiəçisi Ruy Paşeku ilə anlaşıblar. 23 yaşlı arxa xətt oyunçusu ilə 1 illik rəsmi sözləşmə imzalanacağı gözlənilir. Qeyd edək ki, gənc müdafiəçinin son klubu Portuqaliyanın „Paredeş“ komandası olub