Futzal üzrə 2028-ci il dünya çempionatının əsas mərhələsinin püşkü atılıb. Püşkatma öncəsi 2-ci səbətdə yer alan Azərbaycan millisi 12-ci qrupda qərarlaşıb. Yığmamızın rəqibləri Çexiya və Latviya seçmələri olacaq.
Reqlamentə əsasən, qrup qalibləri ilə yanaşı, ikinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik dörd komanda birbaşa elit raunda vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq digər səkkiz kollektiv isə pley-off mərhələsində qarşı-qarşıya gələrək qalan dörd vəsiqənin taleyini müəyyənləşdirəcək.
Əsas mərhələnin gərgin qarşılaşmaları bu ilin 12-21 oktyabr, 2-11 noyabr, 6-9 dekabr tarixlərində və gələn ilin 22 fevral – 3 mart aralığında keçiriləcək.