Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02
Dünya futbolu

DÇ-nin qrup mərhələsində Portuqaliya ilə oyunda vurduğu qolla ölkəsinə tarixi bərabərliyi qazandıran Yoan Vissa, bu gün böyük bir uğurun qəhrəmanıdır. Lakin “Nyukasl”ın hücumçusu cəmi bir neçə il əvvəl həyatını və karyerasını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

2021-ci il iyulun 2-də, “Loryan”da çıxış etdiyi dönəmdə Vissa evində dəhşətli bir hücumun qurbanı oldu. Avtoqraf bəhanəsi ilə qapını döyən Letisiya P. adlı qadın futbolçunun üzünə turşu tökərək onun azyaşlı qızını qaçırmağa cəhd etdi. Hadisədən cəmi bir gün sonra başqa bir anaya da hücum edən və törətdiyi əməli “daxili səslərlə” əsaslandıran cinayətkar, məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edildi.

Hücum nəticəsində kor olmaq təhlükəsi yaşayan Vissa, keçirdiyi ağır əməliyyatları və psixoloji travmanı 2025-ci ildə verdiyi müsahibədə belə xatırlayır:”Xəstəxanada gözlərimin yandığını dedilər. Hər saatbaşı onları yumaq məcburiyyətində idim, tam bir kabus idi. Görmə qabiliyyətim yalnız altı aydan sonra bərpa olundu. Həkimlər ömrümün sonuna qədər göz damlasından istifadə etməli olduğumu bildirdilər. Əgər vaxtında tibbi müdaxilə olmasaydı, nəticə daha faciəvi olardı”.

Fiziki yaralar sağalsa da, hadisə futbolçunun və ailəsinin həyatında dərin izlər qoyub. Vissa plastik əməliyyatdan imtina edərək bu izləri öz taleyinin bir parçası kimi qəbul etdiyini bildirir: “Hadisədən sonra qapalı birinə çevrildim. Yad insanların əhatəsində özümü narahat hiss edirəm, tək qalanda isə gecələr gözümə yuxu getmir. Yoldaşımla birlikdə psixoloji yardım almalı olduq, o, ağır depressiya keçirdi. Uşaqlarım hələ çox kiçikdirlər, üzümdəki izlərin səbəbini soruşanda onlara həqiqəti deyə bilmirəm”.        

Bütün bu dəhşətlərə rəğmən, Yoan Vissa yenidən yaşıl meydanlara qayıtmağı və dünya elitasında öz sözünü deməyi bacardı. Onun Portuqaliya qapısına vurduğu qol, təkcə idman uğuru deyil, həm də sarsılmaz iradənin təntənəsidir.

Paylaş:

Xəbər Lenti

TV PROQRAM

19.06.26 | 00:50

Tarixi oyun, tarixi jest: Əfsanəvi Kollina Kovaç üçün görünməmiş hədiyyə hazırladı

19.06.26 | 00:31

B qrupunda ikinci oyun: Kanada – Qətər – 02.00.

19.06.26 | 00:03

Neymarın zədəsi tam sağalmayıb: Haiti ilə oyunuda buraxacaq

19.06.26 | 00:42

Avtoqraf istəyən cani və itirilmiş gözlər: Yoan Vissanın dəhşətli hekayəsi

18.06.26 | 23:02

İsveçrə Bosniyanı son 15 dəqiqədə tar-mar etdi

18.06.26 | 23:04

“Qarabağ”ın yetirməsi legioner həyatı yaşayacaq: Yeni klubu bəlli oldu

18.06.26 | 23:50

“Zirə” Avrokubok oyunlarına Bakıda və Boluda hazırlaşır

18.06.26 | 20:31

Çexiya və Cənubi Afrikadan hər iki komandanı çətin duruma salan sülüh

18.06.26 | 20:59

“Turan Tovuz” Türkiyə toplanışını ləğv edərək vətənə döndü!

18.06.26 | 18:05

Çempionlar Liqasının püşkü atıldı: “Neftçi”nin ilk rəqibi bəlli oldu

18.06.26 | 18:09

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50