Arif Əsədovun “Kəpəz”in sükanı arxasına keçəcəyi gözlənilsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Təyinatın baş tutmamasına səbəb klubun ayırdığı transfer və maaş büdcəsinin kiçik olmasıdır. Maliyyə şərtlərini qeyri-qənaətbəxş hesab edən Əsədov gəncəlilərin təklifini geri çevirib. Hazırda klub rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb.