Rüfət Abdullzadə “Sabah” – “Hapoel” oyunu öncəsi: “Evdə sona qədər mübarizə aparırlar”

25.08.26 | 18:26
Ölkə futbolu

İsrailin Sport5nəşri Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) cavab qarşılaşması öncəsi Azərbaycan millisinin üzvü, hazırda İsrail klubunda çıxış edən Rüfət Abdullzadə ilə söhbətləşib.

İlk oyunda 2:1 hesablı qələbə qazanan “Hapoel” Bakıdakı cavab görüşündə üstünlüyünü qoruyaraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

Azərbaycan futbolunu və “Sabah”ı yaxşı tanıyan Abdullzadə Sport5-ə müsahibəsində rəqibin güclü tərəflərindən danışaraq, Beer-Şeva klubunu çətin oyunun gözlədiyini vurğulayıb.

“Son illərdə Azərbaycan futbolu ciddi inkişaf edib. Ölkədə yaxşı futbolçular və güclü komandalar var. Hər il “Qarabağ” və “Sabah” kimi klublar avrokuboklarda iştirak edir”, – deyə futbolçu bildirib.

Abdullzadə “Sabah”ın ilk oyundakı məğlubiyyətə baxmayaraq, Bakıda daha təhlükəli rəqibə çevriləcəyini düşünür: “Bugünkü oyunla bağlı deyə bilərəm ki, “Sabah” Azərbaycan çempionudur və keyfiyyətli futbolçulardan təşkil olunmuş yaxşı komandadır. İlk matçda 2:1 hesabı ilə uduzsalar da, indi doğma meydanda, öz azarkeşlərinin qarşısında oynayacaqlar. “Hapoel” üçün çətin görüş olacaq. “Sabah” evdə həmişə sona qədər mübarizə aparır. Ona görə də bizi çox maraqlı və gərgin qarşılaşma gözləyir”.

Rüfət Abdullzadə Azərbaycan futboluna yaxşı bələddir. O, karyerasının böyük hissəsini ölkə çempionatında keçirib və “Səbail”in heyətində 75 matçda 15 qol vurub. Hazırda isə “Hapoel” (Beer-Şeva) formasında çıxış edir.

Azərbaycan millisinin bütün yaş qruplarında çıxış etmiş Abdullzadə əsas milli komandaya da dəvət alıb. O, “Hapoel”in “Sabah”la qarşılaşması öncəsi rəqib barədə məlumatı olan futbolçulardan biridir.

İlk oyunda “Hapoel”in 2:1 hesablı qələbəsindən sonra üstünlük İsrail klubunun tərəfindədir. Lakin Abdullzadənin də vurğuladığı kimi, cavab qarşılaşmasının Bakıda keçirilməsi və “Sabah”ın doğma azarkeşləri önündə meydana çıxması cütün taleyini yenidən açıq vəziyyətə gətirir.

Xatırladaq ki, Abdullzadə bu mövsüm Konfrans Liqasında artıq bir qol vurub.

Paylaş:

Xəbər Lenti

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59