“Əl-Nəsr”in və Portuqaliya milisinin ulduz hücumçusu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigeslə rəsmi nikaha daxil olmağa hazırlaşır. Jurnalist Eseqbona Luisin məlumatına görə, avqustun 8-də keçiriləcək təmtəraqlı toy mərasiminə dəvət edilənlər arasında dünya futbolunun ulduzları Lionel Messi və Neyar da var.
Mərasim Ronaldonun doğma adası Madeyranın Funşal kafedralında baş tutacaq. İbadətgahdakı dini nikahdan sonra qonaqlar beşulduzlu otelə yollanacaqlar. Xatırladaq ki, 2016-cı ildən bəri birlikdə olan cütlük 5 övlad böyüdür.
Yalnız meydandakı uğurları ilə deyil, dəbdəbəli həyat tərzi ilə də diqqət mərkəzində olan 41 yaşlı ulduz toy ərəfəsində sosial şəbəkə paylaşımı ilə də gündəmə gəlib. Avtomobil həvəskarı kimi tanınan Ronaldo şəxsi qarajındakı milyonlarla dollar dəyərində olan lüks kolleksiyasını izləyiciləri ilə bölüşüb.
Garajındakı eksklyuziv hiperkarları “My toys” (Mənim oyuncaqlarım) şərhilə təqdim edən futbolçunun bu paylaşımı sosial şəbəkələrdə böyük ajiotaj yaradıb və kolleksiyanın ümumi dəyəri azarkeşlər arasında maraq mövzusuna çevrilib.
