Ronaldinyo Messini necə “tərbiyə” edirmiş

02.06.26 | 06:34
Dünya futbolu

“Barselona”nın sabiq futbolçusu Andrea Orlandi katalon klubunun iki əfsanəsi – Ronaldinyo və gənc Lionel Messi arasındakı münasibətlərin maraqlı detallarını bölüşüb. Onun sözlərinə görə, braziliyalı ulduz Messinin dünya səviyyəli istedadına baxmayaraq, “ulduz xəstəliyinə” tutulmaması üçün özünəməxsus bir üsuldan istifadə edirdi.

“Ronaldinyo zarafatla Messidən ona qəhvə gətirməsini istəyər və soruşardı: ‘Hələ neçə dünya çempionatında oynamısan, yeniyetmə?’. Messi də gedib ona qəhvə gətirərdi. Əslində, bu, sadəcə bir zarafat deyil, ona olan qayğısının və yaxınlığının bir təzahürü idi. Ronaldinyo sanki bununla ona mesaj verirdi: ‘Hələ Ronaldinyo səviyyəsinə çatmamısan'”, – deyə Orlandi xatırlayır.

Keçmiş futbolçu onların arasındakı qarşılıqlı münasibəti belə xarakterizə edir: “Aralarında sarsılmaz bir bağ mövcud idi. İki futbolçu bir-birini meydanda mükəmməl anlayanda və eyni potensiala sahib olduqlarını hiss edəndə, ustadın gənc istedadın inkişafına təkan verməsi təbii bir prosesə çevrilir. Ronaldinyo hamıya qarşı mehriban idi, lakin Messiyə xüsusi yanaşır, “sən elə bir səviyyəyə çatmısan ki, bir gün mənimlə eyni masada əyləşəcəksən” deyirdi. Bu, ictimaiyyətə verilən bir mesaj idi: “Bu, mənim yetirməmdir və o, əsl peşəkardır'”.

Xatırladaq ki, Ronaldinyo və Messi 2004-2008-ci illər aralığında “Barselona”da çiyin-çiyinə çıxış ediblər.

Paylaş:

Xəbər Lenti

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31